Qardaş ölkədə ÜÇ XAOS SSENARİSİ: ABŞ Türkiyəni necə İŞĞAL ETMƏK İSTƏYİR?
Bizi izləyin

Dünya

Qardaş ölkədə ÜÇ XAOS SSENARİSİ: ABŞ Türkiyəni necə İŞĞAL ETMƏK İSTƏYİR?

Donald Tramp prezident seçiləndən sonra ABŞ Yaxın Şərq üzərində 12 plan hazırlayıb. Lakin Amerika-Türkiyə münasibətlərinin kəskinləşməsindən sonra bu planların sayı 3-ə düşüb.

Publika.az
xəbər verir ki, “Takvim” qəzetinin köşə yazarı Ergün Diler ABŞ-ın planlarını açıqlayıb.

Türkiyəli yazar qeyd edir ki, bütün planların bir məqsədi var: Türkiyənin gücünü ABŞ-ın hədəfləri üçün istifadə etmək.

Birinci plan: Türkiyənin cənubunda – Suriya və İraqda baş verəcək proseslər üzərindən hərəkət etmək. Son aylar bölgədə ciddi gərginlik yaşanır. Xüsusilə Başika, Əl-Bab və İdlibdəki türk əsgərlərinin itki verməsi planın uğurlu olmasını təmin edəcək. Çünki, Türkiyənin sərhəd kənarında əməliyyatlarının istiqamətini dəyişdirmək, yaxud gücünü azaltmaq üçün daxili ictimaiyyətin rəyi vacibdir. Əgər Türkiyə İraq və ya Suriyada itki versə, planın ilk mərhələsi tamamlanacaq. Yəni daxildən dəstək azalacaq. Çünki, türk ordusunun İdlibdə hərbi baza qurmaq planı baş tutarsa, İŞİD hücumlarının təsiri o qədər də olmayacaq. Əgər İŞİD İdlibdə türk ordusuna ağır zərbələr endirərsə, PKK/PYD/YPG-nin Aralıq dənizinə çıxmaq hədəfi bir neçə həftədə həyata keçiriləcək. Birinci plan PKK/PYD/YPG-nin Aralıq dənizinə çıxışını təmin edərək, Türkiyənin regional gücünü əlindən almaq, daxilə çəkilməsidir.

İkinci plan: Türkiyəyə iqtisadi embarqo tətbiq etmək. bütün sektorlarda, hətta hərbi sektorda da təzyiqlər ediləcək. hazırda bəzi addımlar atılır. Misal üçün, Almaniyanın olduğu deyilsə də, əslində ABŞ-ın gizli silah şirkəti olan “Heckler-Koch” Türkiyə Silahlı Qüvvələri üçün çox vacibdir. Bu şirkət silah satışını dayandırarsa, Türkiyə ordusu çətin vəziyyətdə qala bilər. Bu planın sonrakı mərhələsində digər şirkətlərin də Türkiyəyə qarşı hərəkətə keçməsi gözləniləndir. Türkiyə hərbi sektorda öz istehsalını gücləndirsə də, bəzi vacib məhsulları xaricdən alır. Hücum bu istiqamətdən gələcək.

Ergün Diler qeyd edir ki, ilk iki planın nəticə verəcəyinə əmin olmadıqları üçün Pentaqon üçüncü plana üstünlük verir.

Üçüncü plan: Türkiyənin qərb və cənub-qərb bölgələrində iğtişaşlar və xaos yaratmaq. Ən çox ümid etdikləri məhz bu plandır.

Lakin Pentaqon daxilində bu planla bağlı fikir ayrılığı var. Türkiyədə daxili çaxnaşmaların hansı nəticələr doğuracağı bilinmədiyi üçün bir sıra generallar buna qarşı çıxır. Bu generallar “ərəb baharı”nı nümunə göstərir və ABŞ üçün çalışan 3 liderin devrildiyini xatırladırlar. Pentaqon bu planı reallaşdırmaq üçün nöqtə əməliyyatları həyata keçirə bilər.

İlk hədəf Hakkari seçildi: Çünki Hakkaridə xalq ayağa qalxmaq üçün hazırdır. Aylardır bu istiqamətdə iş aparılır və Şimali İraqda Bərzaninin referendum keçirildiyi gün bu iş başa çatıb.

Hakkaridə 21 məhəllə lideri Vaşinqtona yaxın bölgədə 45 gün təlim keçib. Hakkaridən başlayacaq iğtişaşlar Diyarbəkir və Şırnaka keçəcək.

Pentaqonun bu üç plandan hansını seçəcəyi hələ dəqiq deyil. Lakin üçüncü planın həyata keçmək şansını yüksək qiymətləndirirlər. Hakkari, Diyarbəkir və Şırnakdakı iğtişaşların İstanbul və Ankara kimi şəhərələrə necə sıçrayacağının planları belə var. Pentaqonda bu planın üzərində böyük bir komanda işləyir. Məhəllə liderləri iğtişaş ssenarisinə başlamaq üçün əmir gözləyir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm