Türkiyədə 52 mərtəbəli binada YANĞIN - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə 52 mərtəbəli binada YANĞIN - VİDEO

Türkiyənin İstanbul şəhərində çoxmərtəbəli binada yanğın qeydə alınıb.

Publika.az xəbər verir ki, şəhərin Ataşehir bölgəsində yerləşən bir çox yerli şirkətlərin ofislərinin olduğu 52 mərtəbəli binanın 15-ci mərtəbəsində yanğın başlayb. Naməlum səbəblərdən başlayan yanğın qısa müddətdə yuxarı mərtəbələrə doğru qalxmağa başlayıb.

Binanın aşağı mərtəbəsində olan işçilər təcili olaraq təxliyyə ediliblər. Hadisə nəticəsində ölən olmayıb. Bir neçə nədərin xəsarət aldığı deyilib.

Hadisə yerinə təcili tibbi yardm briqadası cəlb olunub.

Tüstüdən binada quraşdırılan yanğın əleyhinə təhlükəsizlik sistemi işə düşüb və yanğının ətraf ofislərə yayılmasının qarşısı alınıb.

İlkin ehtimallara görə, yanğın havalandırma sistemində qaynaq işləri görülərkən baş verib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm