Abdullah Gül CHP-yə rəhbər gəlir? - Kılıçdaroğlu AÇIQLADI
Bizi izləyin

Dünya

Abdullah Gül CHP-yə rəhbər gəlir? - Kılıçdaroğlu AÇIQLADI

“Zaman-zaman bizi tənqid etsə də, Abdullah Gül adil rəhbərlik edir. Amma yenə də mənim yenidən seçilib-seçilməyəcəyimə digər partiya rəhbərləri qərar verəcək”.

Publika.az xəbər verir ki, bu sözləri “CNN TÜRK” telekanalında yayımlanan proqrama qonaq olan CHP partiyasının lideri Kamal Kılıçdaroğlu deyib. O, 2019-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olub- olmayacağına dair suallara aydınlıq gətirib:

"Biz demokratik partiya qurmuşuq, demokratiyanı ruhumuza həkk etmiş cəmiyyətik. Təbii ki prezident namizədimiz də var . Keçmişə baxsaq, bir çox mövcud partiyalar artıq fəaliyyətini dayandırıb. Lakin partiyalar arasında CHP ən güclü partiya olaraq bu gün də öz siyasətini davam etdirir. Biz bütün qərarları demokratiya çərçivəsində müzakirə edib, qəbul edirik”.

Aparıcının "CHP"-nin rəhbərliyinə Abdullah Gülü namizəd olaraq görürsüzmü" sualına isə Kılıçdaroğlu belə cavab verib:

“O, tərəfsiz bir rəhbərdir. Bu mövzuda, yəni 2019-cu ildə keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı onunla söhbətimiz olmayıb. Sonuncu dəfə 8-9 ay əvvəl onu ziyarət edib bir çox mövzularda söhbət etmişdik. Zaman-zaman bizi tənqid etsə də, o, ədalətli rəhbərdir. Yeri gəldiyində neytral qalmağı bacarır. Bu sualın cavabını zaman göstərər.”

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm