Dünya
İşğala son qoymaq üçün PLAN - General açıqladı
“Donbas müharibəsində qələbəni yalnız bir neçə amilin məcmusu təmin edə bilər. Bunlar hərbi, siyasi, sosial və iqtisadi amillərdir”.
Publika.az xəbər verir ki, bunu general-leytenant, 2006-2010-cu illərdə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının rəis müavini işləmiş İqor Romanenko “Apostrof” nəşrinə deyib.
“Bunlardan biri çətin ki, müharibəni başa çatdıra bilər. Donbas yalnız hərbi deyil, həm də siyasi, sosial və iqtisadi məsələdir”, - o vurğulayıb.
Daha əvvəl “Yük-200: Ukraynadan Rusiyaya” layihəsinin müəllifi, Rusiya hüquq müdafiəçisi və müxalifətçi Yelena Vasilyeva Rusiyanın Donbasda real itkilərini 40 min qiymətləndirib.
Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində Donbasda döyüşdə həlak olanlar “Yük 200” adlandırılır.
Xatırladaq ki, Ukraynanın cənubi-şərqində əməliyyatlar 2014-cü ilin yazında başlanıb. Moskva hərbi qarşıdurmanı vətəndaş müharibəsi kimi qiymətləndirsə də, Kiyev on minlərlə Rusiya hərbçisinin Donbasda olduğunu və müharibənin əslində Rusiya ilə Ukrayna arasında getdiyini bildirir. Hazırda Donetsk və Luqansk vilayətlərinin xeyli hissəsi Kiyevin nəzarətində deyil.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi