Erməni nazir polisləri geri çağırdı - Hakimiyyət üçün mübarizə BAŞLAYIR
Bizi izləyin

Dünya

Erməni nazir polisləri geri çağırdı - Hakimiyyət üçün mübarizə BAŞLAYIR

Ukraynada hakimiyyət və güc strukturlarının mübarizəsi isti mərhələyə keçib.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov oğlunun həbs olunmasına dərhal cavab verib.

KİV-in yazdığına görə, Avakov Ali Radanı müdafiə edən polisləri geri çağırıb və radikallara tam hərəkət azadlığı verib. Deputatlar isə Arsen Avakovun Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər.

Hazırda Milli korrupsiyaya qarşı Büro Kiyevdə ən təhlükəsiz binadır. Orada onlarla Milli Qvardiya döyüşçüsü keşik çəkir. Büroda hazırda Avakovun oğlu saxlanılır.

Qeyd edək ki, Arsen Avakovun oğlu Aleksandr dünən Milli korrupsiyaya qarşı Büronun nümayəndələri tərəfindən həyata keçirilmiş axtarışdan sonra saxlanılıb. Aleksandr Milli Qvardiya üçün verilən sifarişlər zamanı korrupsiyaya və fırıldaqçılığa yol verməkdə ittiham olunur.

Qeyd edək ki, milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir – red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm