20 minlik qüvvə Rusiya sərhədlərinə göndərilir - ABŞ-dan YENİ PLAN
Bizi izləyin

Dünya

20 minlik qüvvə Rusiya sərhədlərinə göndərilir - ABŞ-dan YENİ PLAN

ABŞ ən yaxın günlərdə BMT-nin 20 minlik sülhməramlı qüvvəsinin Donbasda yerləşdirilməsi üzrə planı təklif edəcək.

Publika.az xəbər verir ki, bu haqda öz diplomatik mənbələrinə istinadən “The Wall Street Journal” yazıb.

Bundan başqa, nəşrin məlumatına görə, Donald Tramp administrasiyası Ukraynaya ölümcül silahların çatdırılmasını bəyənib. Bura həmçinin, “Javelin” tank əleyhinə komplekslər də daxildir. Silahların çatdırmasının vaxtı haqqında qərar hələ qəbul edilməyib.

Qeyd edək ki, Donbas bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi haqqında təklifi ilə daha əvvəl Rusiya prezident Vladimir Putin çıxış edib. Bununla bağlı qətnamə layihəsi sentyabrın 5-də dünyanın ali qurumuna təqdim edilib. Daha əvvəl Vladimir Putin bildirib ki, Moskva müəyyən şərtlərlə Donbas bölgəsində ATƏT-in missiyasının təhlükəsizliyini təmin edəcək sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyir.

Onun sözlərinə görə, bu məsələnin həlli yalnız ağır texnikanın təmas xəttindən aparılmasından sonra mümkündür. Bundan başqa, Putin qeyd edib ki, problemi “LXR” və “DXR”in (Donbasda yaradılan separatçı qurumlar - red.) nümayəndələri ilə təmas çərçivəsində həll etmək lazımdır.

Sonradan isə Rusiya BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib ki, ABŞ və Ukrayna Donbasda BMT-nin sülh missiyasının yerləşdirilməsi haqqında Rusiyanın irəli sürdüyü qətnamə layihəsini müzakirə etməyə hazır deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm