Dünya
Zimbabvedə hərbi çevriliş, prezident girov götürüldü - FOTO/VİDEO - (YENİLƏNDİ)
Zimbabvedə “ZBC” dövlət teleradio şirkətinin binasını ələ keçirən hərbçilər daha sonra ölkə prezidenti Robert Muqabanı əsir götürüblər.
Publika.az xəbər verir ki, xarici KİV dövlət çevrilişini inkar etsə də, artıq Zimbabvedə hərbçilər hakimiyyəti istefaya göndəriblər.
Məlumatda qeyd edilir ki, hərbçilərin istefa istəyini qəbul edən R.Muqaba həyat yoldaşı Qreys Muqabanın ölkədən çıxmasına icazə vermələrini tələb edib.
Ordu ilə razılaşma əldə edən R.Muqaba hazırda girov olaraq saxlanılır.
Cari ilin noyabr ayının əvvəllərində 93 yaşlı prezident R.Muqaba öz müavini Emmerson Mnanqaqvanı vəzifəsindən azad etmişdi. O, ordunun da dəstəklədiyi dövlət başçısını əvəz edə biləcək ən ideal namizəd idi.
***
Zimbabvedə hərbçilər “ZBC” dövlət teleradio şirkətinin binasını ələ keçiriblər.
Publika.az xəbər verir ki, hərbçilər binaya daxil olaraq efirin yayımı dayandırıb, bir neçə televiziya işçisini döyüblər. Binaya giriş-çıxış tamamilə hərbiçilərin nəzarətinə keçib.
Ölkənin paytaxtı Xararedə baş verən hadisənin dövlət çevrilişinə cəhd ola biləcəyi qeyd edilir.
Mətbuatda gedən xəbərə görə, bölgədə yaxınlığındakı hərbi hissədən paytaxt istiqamətinə zirehli tanklar hərəkətə başlayıb. Xarici telekanallarda isə çevriliş cəhdi inkar edilərək, hərbçilərin ölkədə cinayətkar dəstələrə qarşı xüsusi əməliyyatlar keçirildiyi deyilib.
Dövlər telekanalının yaxınlığında hərbçilər tərəfindən blokpostlar qurulub. Eyni zamanda, Prezident Sarayı ətrafında da nəzarət ələ keçirilib.
Könül Cəfərli
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı