Erməni nazir: “Minsk razılaşmaları ölüdür”
Bizi izləyin

Dünya

Erməni nazir: “Minsk razılaşmaları ölüdür”

Donbas münaqişəsinin nizama salınma üzrə Minsk razılaşmaları özünü bitirib, onların yerinə yeni razılaşmalar imzalanmalıdır.

Publika.az UNİAN agenliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov deyib.

“Ukrayna böhranının nizama salınması problemi müxtəlif formatlarda, xüsusi halda, “Normandiya formatı”nda müzakirə edilir. ABŞ bu formatda iştirak etmir, amma vaxtaşırı bu məsələ qalxır. Varşavada daha əvvəl danışıqların “Cenevrə formatı”na keçirməyi təklif edirdilər. Bu formatda ABŞ-la yanaşı, Ukraynaya qonşu dövlət kimi Polşanın da iştirakı ilə müzakirə edilir”, - nazir bildirib.

Daxili İşlər Nazirliyinin başçısı hesab edir ki, yeni razılaşmaların olmasına ehtiyac yaranıb:

“Düşünürəm ki, növbəti razılaşmalar olmalıdır. Niyə Minsk? Vyana, Paris və ya istənilən başqaları olmalıdır”.

Qeyd edək ki, Normandiya formatında Rusiya, Almaniya, Fransa və Ukrayna iştirak edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm