Çavuşoğlu Bakıdan Vaşinqtona MESAJ GÖNDƏRDİ
Bizi izləyin

Dünya

Çavuşoğlu Bakıdan Vaşinqtona MESAJ GÖNDƏRDİ

“Afrindən bir təhdid olacağı halda, tərəddüdsüz ora daxil olub təmizləyərik”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“ABŞ prezidenti Donald Trampın özü şəxsən prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı bundan sonra YPG-yə silah verilməyəcəyini söyləyib. Biz ABŞ-ın daxili işlərinə qarışmırıq, amma Pentaqon öz prezidentini dinləmirsə, nəticədə bizi də maraqlandırır. Çünki YPG-yə verilən silahlar bizim üçün də bir təhdiddir. ABŞ kimi əhəmiyyətli bir ölkə öz prezientinin sözünü yerinə yetirməlidir. Biz Türkiyə olaraq buna çox əhəmiyyət veririk. Biz verdiyimiz hər sözə əməl edirik”, - türkiyəli nazir deyib.

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü –red.) silah çatdırılmasının dayandırılacağına dair söz versə də, terror təşkilatının silah tədarükü davam edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, Türkiyə sərhədində yerləşən Afrin bölgəsi PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü YPG-nin nəzarətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm