Zavodda GÜCLÜ PARTLAYIŞ: 3 ölü, 11 yaralı - - VİDEO
Bizi izləyin

Dünya

Zavodda GÜCLÜ PARTLAYIŞ: 3 ölü, 11 yaralı - - VİDEO

Yaponiyada kimyəvi materiallar hazırlanan zavodda güclü partlayış olub.

Publika.az xəbər verir ki, partlayış nəticəsində 3 nəfər diri-diri yanaraq ölüb. Daha 11 nəfər isə ağır yanıq xəsarətləri alıb.

Hadisə Sidzuoko prefekturasının Fudzisi şəhərində qeydə alınıb. 100 kvadrat metrlik sahəni əhatə edən yanğını söndürmək üçün hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.

Zavodda partlayış zamanı 100 nəfər işçi olub.

Zavodun yaxınlığında yerləşən yaşayış binasındakı insanlar təcili şəkildə təxliyyə edilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

Hazırda yanğın davam edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm