Çexiya Qüdslə bağlı qərarını açıqladı
Bizi izləyin

Dünya

Çexiya Qüdslə bağlı qərarını açıqladı

ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra Çexiya da qərarını açıqlayıb.

Publika.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi 1967-ci il sərhədləri əsas götürülərək Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib.

İsrail Qüdsün şərqini 1967-ci ildə baş verən 6 günlük müharibədən sonra ələ keçirib. Bu baxımdan, Çexiya Xarici İşlər Nazirliyinin bəyanatı şəhərin qərbinin İsrailin paytaxtı kimi tanınması anlamına gəlir.

Açıqlamada bildirilir ki, Çexiya Avropa İttifaqının xarici əlaqələr komitəsinin qərarından sonra qurumun digər üzvləri ilə birlikdə Qüdsü həm İsrailin, həm də Fələstinin paytaxtı hesab edir. Qeyd olunur ki, Çexiya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi hələ planlaşdırmır.

İsrail hazırda Qüdsün hər iki hissəsinə nəzarət edir. Qərbi Şeriaya nəzarət edən fələstinlilər şəhərin şərqinin gələcəkdə qurulacaq müstəqil Fələstin dövlətin paytaxtı olmasını istəyir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm