Dünya
Saakaşvili Ukraynanın baş prokurorunu məhkəməyə verdi
Cinayətkar təşkilatlarla əlbir olmaq işi ilə bağlı saxlanılan Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili Ukraynanın baş prokuroru Yuri Lutsenkonu məhkəməyə verib.
"Report" xəbər verir ki, bu barəd RİA "Novosti" məlumat yayıb.
Onun vəkilinin sözlərinə görə, baş prokurorun məhkəmədən əvvəl istintaq materiallarını səsləndirməyə hüququ yoxdur. M.Saakaşvilinin müdafiəçisi onun tam azad olunmasını tələb etmək niyyətindədir.
Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu sabiq Gürcüstan prezidentinin iş adamı Sergey Kurçenko ilə iddia edilən audioyazısını yayıb. Səs yazısında hər iki tərəf əməkdaşlıq edəcəyi barədə söhbət edir.
Yuri Lutsenkonun qənaətincə, Saakaşvilinin Kiyevdə təşkil etdiyi mitinqlər Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin ətrafdakı insanlar tərəfindən maliyyələşdirilib. Mitinqlərin məqsədi isə Ukraynanın mövcud hakimiyyətinin devrilməsinə istiqamətləndirilib.
Saakaşvili ona qarşı irəli sürülən iddiaları yalan adlandırıb.
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?