• USD 1,7000 0,00% EUR 2,0023 +0,07%
    • GBP 2,3372 -0,09% RUB 0,0230 -0,43%

"Poroşenko ucuz və zəhərli pivədir" - Saakaşvili - VİDEO

  • Dünya
  • 19 Dekabr 2017 12:01
  • 763 Baxış
"Poroşenko ucuz və zəhərli pivədir" - Saakaşvili - VİDEO

“Ukrayna prezidenti Pyotr Poroşenko xalqı güclü şəkildə "paxmel" edən pivədən başqa bir şey deyil”.

Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili NewsOne” telekanalında efirə gedən "Böyük axşam" proqramında qonaq olarkən deyib.

M.Saakaşvili Ukrayna rəsmilərini alkoqollu içkilərə bənzədərək maraqlı müqayisə aparıb:

"Alkoqollu içkiləri hər birimiz dadmışıq. Onsuz da bilirdik ki, Yanukoviç sistemin köləsidir. Bəzi alkoqollu içkilər var ki, onları içdikdə orqanizm birbaşa reaksiya verir. Orqanizm anlayır ki, bu zərərlidir, zəhərdir və səni məhv edir. Lakin içkilərin arasında elələri var ki, onlar ziyansız olsa da, daha təhlükəlidir. Bilirsiz hansı? Pivə. Ona görə ki, sən pivəni içirsən və orqanizm bunu qəbul edərkən düşünür ki, bu qidadır və lazımlıdır. Artıq sən yavaş-yavaş daha çox, daha çox pivə qəbul etməli olursan. Ümumi olaraq, demək istəyirəm ki, Yanukoviç, zəhər, araq, viski hər nə idisə bəlli idi. Amma Poroşenko pivədir və çox təhlükəlidir”.

Saakaşvili son olaraq qeyd edib ki, Poroşenko ucuz və keyfiyyətsiz pivə kimi Ukrayna xalqını zəhərləyir:

"Unutmayın ki, pivədən sonrakı halsızlıq daha dəhşətli olur".

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR