Kiyevə hücum başlanacaq! – ABŞ müharibənin FİTİLİNİ YANDIRDI
Bizi izləyin

Dünya

Kiyevə hücum başlanacaq! – ABŞ müharibənin FİTİLİNİ YANDIRDI

ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevə letal (ölümcül) silahların birinci partiyasının çatdırmasını bəyənib.

Publika.az xəbər verir ki, Amerika hökumətindəki məlumatlı mənbələr informasiyanı “Vaşinqton Post” qəzetinə açıqlamasında təsdiq ediblər.

Mənbələrin sözlərinə görə, daha əvvəl Dövlət Departamenti “Barrett M107A1” böyuk kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını bəyənib. Onların ümumi dəyəri 41,5 milyon qiymətləndirilir.

Nəşr izah edir ki, silahların bu növünün çatdırılması Ukrayna güclərinin müəyyən zəifliyini aradan qaldırmağa imkan verəcək. Qəzetin mənbələri qeyd edir ki, ABŞ hakimiyyəti daha ağır silahların, həmçinin “Javelin” daşınabilən tank əleyhinə raket komplekslərin ixracına icazə verməyib.

“Mən şadam ki, administrasiya Ukraynaya ölümcül müdafiə silahının satışını bəyənib. Bu qərar Rusiyanın təcavüzü qarşısında Ukraynaya sədaqətimizi əks etdirir”, - Tennesi ştatından respublikaçı senator Bob Korker deyib.

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun bu qərarını şərh edib. İdarənin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonda Ukraynaya silah ötürülməsi faktının ilk dəfə elan edilməsindən təəssüfləndiyini deyib.

Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynaya ölümcül silahın çatdırılması Donbasda qan tökülməsinə çalışan “millətçilərin isti başlarını qızdıracaq”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya hərbi yardımlarını sentyabrın 5-də Çinin Syamen şəhərində keçirilən BRİKS sammitində şərh edib. Ukraynaya ölümcül silahların çatdırılmasının ABŞ-ın suveren qərarı olduğunu deyən dövlət başçısı eyni zamanda qeyd edib ki, bu barədə qərarın qəbul olunması Donbas probleminin nizama salınmasına kömək etməyəcək, əksinə vəziyyəti daha da ağırlaşdıracaq.

“Biz bu prosesə təsir etməyi bacarmırıq, amma ümumi beynəlxalq qaydalar və yanaşmalar var. Münaqişə zonasına silahın çatdırılması vəziyyəti yalnız ağırlaşdırır”, - Putin söyləyib.

Putin həmçinin Ukraynanın “başqa regionlarını” hücumla hədələyib:

“ABŞ Ukraynaya silah çatdırarsa, onda Rusiya döyüşçüləri Ukraynanın başqa regionlarına öz silahını göndərə bilərlər”.

Rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.

Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib. Ukrayna parlamentinin “Xalq cəbhəsi” fraksiyasının deputatı Anton Qeraşenko ötən il bildirib ki, Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib.

Deputatın sözlərinə görə, bu barədə ona Vaşinqtonda deyiblər.

“Mən Vaşinqtonda idim, bir sıra analitik qruplarla görüşdüm. Onlara sual verdim ki, Obama Ukraynaya silah verilməsi haqda Konqresin rəsmi qərarından niyə bu qədər inadla imtina edir? Mənə bildirdilər ki, Kremldən Obama və köməkçilərinə xəbərdarlıq edilib: əgər ABŞ Ukraynaya silah verərsə, o zaman bütün cəbhə boyu Kiyevə hücum etmək qərarı veriləcək. Çünki Amerika silah versə, dinamika Ukraynanın xeyrinə dəyişəcək. Biz Donetski geri alacağıq, Krımın blokadasını yaracağıq və Rusiya məğlub olacaq”, - deyə o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm