Dünya
Mahmud Abbas: “ABŞ-ın heç bir planını qəbul etməyəcəyik”
“ABŞ Yaxın Şərq sülh prosesində vasitəçi deyil və biz ABŞ-ın heç bir planını qəbul etməyəcəyik”.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas deyib.
Daha əvvəl isə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib ki, ABŞ-ın Fələstin məsələsinə dair 2018-ci ildə elan ediləcəyi deyilən “əsrin müqaviləsi” artıq keçmişdə qalıb.
2018-ci ilin əvvəlində ABŞ prezidentinin İsrail-Fələstin probleminin həllinə dair sülh planı açıqlayacağı gözlənilir. KİV planı “əsrin müqaviləsi” adlandırıb.
Qeyd edək ki, BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.
Ömər
-
Yaxın Şərq02:19
Suriyada inanılmaz ucuzlaşma: 20 dollarlıq məhsul bir dollara satılır - FOTO
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni fürsətlərə açıq olun!
-
Hadisə17 Yanvar 23:10
Azərbaycanda dəhşətli partlayışda yaralananların SON DURUMU
-
Kriminal17 Yanvar 22:52
Arayikin məhkəmədə ŞOK İFADƏSİ - VİDEO/YENİLƏNDİ
-
Magazin117 Yanvar 22:50
Şadlıq sarayında Renkanı təhqir etdilər - VİDEO
-
Hadisə17 Yanvar 21:59
Azərbaycanda evdə partlayış oldu: 5 nəfər xəsarət aldı - FOTO/VİDEO
-
Elm və təhsil17 Yanvar 21:37
Təhsil İdarələrində kütləvi ixtisar olub? - RƏSMİ AÇIQLAMA
-
Elm və təhsil17 Yanvar 21:15
İki məktəb direktoru vəzifəsindən azad edildi - FOTO