İdman
Böyük pullar – Haalandın müqaviləsinin şərtləri bəlli oldu
“Mançester Siti”nin hücumçusu Erlinq Haalandın yeni müqaviləsi Avropa futbolu tarixində ən böyük müqavilələrdən biridir.
Publika.az xəbər verir ki, yeni müqavilənin detallarını “Sky Sports” yayıb.
Yeni müqaviləyə əsasən norveçli vergilərdən əvvəl həftədə 400 min funt-sterlinq alacaq. Bu, onu komandanın ən çox maaş alan oyunçusu edir.
Bundan əlavə, bu, hazırkı Premyer Liqada ən uzunmüddətli müqavilədir – Erlinqin müqaviləsi 2034-cü ildə başa çatır. Bundan əvvəlki rekordçular müqavilələri 2033-cü ilin yayında başa çatacaq “Çelsi” təmsilçiləri Nikolas Cekson və Koul Palmer idi.
Bununla belə, müqavilənin bu cür şərtlərini təmin edən “Mançester Siti” özü də üstünlük əldə edib. Hər hansı klub Haalandı almaq istəyərsə, ancaq klub rəhbərliyi ilə danışıqlar aparmalıdır.
Daha əvvəl “Real” və “Barselona”nın Haalandla maraqlandığı bildirilirdi.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































