“Mehmetcik” qanlı savaşın BİR ADDIMLIĞINDA - Bombardman BAŞLADI
Bizi izləyin

Dünya

“Mehmetcik” qanlı savaşın BİR ADDIMLIĞINDA - Bombardman BAŞLADI

Suriya ordusu Türkiyə, Rusiya və İranın Astana formatı çərçivəsində aparılan danışıqlarda təhlükəsizlik bölgəsi elan edilən ərazilərə hücumları artırıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, xüsusilə, Türkiyə hərbçilərinin olduğu İdlib vilayətində edilən bombardman nəticəsində son bir neçə gün ərzində 130-dan çox mülki vətəndaş ölüb.

İdlib vilayətində şimaldan cənuba doğru 5 kəndi ələ keçirən Bəşər Əsəd rejimi Astanada əldə edilən razılaşmanı pozmağa cəhd edir. Rejim İdlib şəhərində təhlükəsizliyi təmin edəcək Türkiyə ordusu üçün ən önəmli nöqtələr olar Taftenaz və Əbu əd-Duhur aerodromlarına istiqamətlənib.

Rejim qüvvələri Əbu əd-Duhur aerodromu ətrafındakı yaşayış məntəqələrini bombardman etməyə başlayıb.

Müxalif “İdlib ordusu”nun komandiri İbrahim Rahcan qeyd edib ki, rejim qüvvələri müxalif qüvvələrə qarşı ABŞ-ın İdlib ətrafına daşıdığı İŞİD terrorçuları ilə eynivaxtlı hücumlar təşkil edir.

Qeyd edək ki, döyüş və nəqliyyat təyyarələrinin enə bildiyi Əbu əd-Duhur aerodrom və vertolyotların enə bildiyi Taftenaz aerodromu Türkiyə ordusunun İdlibdə ən əhəmiyyətli nöqtələri hesab olunur. Bundan başqa, Dayf vadisi və Hamidiyə “Mehmetcik”in müxalifət qüvvələri ilə birlikdə istifadə edə biləcəyi əhəmiyyətli qarnizonlar yerləşir. İdlib Afrinə nəzarət edən PKK/PYD-nin Hələb üzərindən Ayn əl-Arab, Münbiç və Haseke bölgələri ilə əlaqə xəttinə nəzarət etmək üçün strateji əhəmiyyət daşıyır.

Dəməşq İdlibdə genişmiqyaslı əməliyyat həyata keçirməyə hazırlaşdığını bəyan edib. Müxalifət liderləri hesab edir ki, son hücumlar Əsəd rejiminin Soçidə (29-30 yanvar tarixlərində Suriya xalqlarının Milli Dialoq Konqresi keçiriləcək –red.) əlinini gücləndirmək və Türkiyənin təsirini qırmaq məqsədi daşıyan taktiki həmlədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm