Dünya
Ukraynada çeçen muzdlu sayı – şok rəqəmlər
Ukraynanın şərqində təxminən 4,5 min Rusiya və çeçen muzdlusu döyüşür.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Sağçıların hüququ” ictimai təşkilatının rəhbəri Dmitri Sneqiryov “facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Donetsk vilayətində indiyə kimi öldürülən 50 çeçen muzdlusunun cəsədi vətəninə göndərilib.
“Hazırda Ukraynanın şərqində elə bir vəziyyət yaranıb ki, “Donetsk Xalq Respublikası”nın terrorçuları Ukrayna qoşunları ilə silahlı qarşıdurmanın aktiv mərhələsindən uzaqlaşırlar. Onlar silahlı qarşıdurmada özlərini faktiki olaraq Rusiya muzdluları, həm də çeçen separatçıları kimi aparırlar”, – D.Sneqiryov qeyd edib.
O bildirib ki, seçen muzdluların cəsədlərinin ilk partiyası 29 may tarixində vətəninə göndərilib: “Ümumilikdə, 50-dən çox çeçen muzdlusunun cəsədi vətəninə göndərilib. Hazırda Donetsk və Luqansk vilayətlərində gedən döyüşlərdə 3-4,5 min çeçen və Rusiya muzdlusu iştirak edir. Rusiya Federasiyasından gələn bu böyük muzdlu ordusu Moskvanın niyyətlərindən xəbər verir”.
Ömər Dağlı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO