Donald Tramp: “Rusiya ilə düşmən olmaqdansa…”
Bizi izləyin

Dünya

Donald Tramp: “Rusiya ilə düşmən olmaqdansa…”

ABŞ Prezidenti Donald Tramp Norveçin baş naziri Erna Solberq ilə birlikdə Ağ Evdə mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, konfransda önəmli açıqlamalar verən prezident Rusiya ilə əməkdaşlığın davam etdirildiyini qeyd edib: “Rusiya ilə düşmən olmaqdansa, əməkdaşlıq etmək daha yaxşıdır. Xüsusilə, Şimali Koreya məsələsi var ikən. Mən neft və təbii qazın geniş şəkildə istehsalının tərəfdarıyam. Böyük miqdarda enerjinin istehsalının tərəfdarıyam. Bu, Putinin xoşuna gəlmir. Mən gəlmiş-keçmiş ən güclü ordunun qurulmasının tərəfdarıyam. Bu da Putinin xoşuna gəlmir. Ancaq hər halda, Rusiya, Hindistan kimi ölkələrlə işləmək pis deyil”.

D.Tramp konfransda ölkəsinin Paris İqlim Razılaşmasına geri qayıdacağını da açıqlayıb: “Razılşamaya geri qayıtmağımız ehtimal olunandır. Ətraf aləmlə bağlı ciddi fikirlərimiz var. Razılaşmanın mövcud şərtləri ABŞ-ın iqtisadi maraqlarına uyğun gəlmir. Çin və Rusiyada olduğu kimi bəzi düzəlişlər edilərsə, biz də müqaviləyə geri qayıda bilərik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm