Dünya
Anadan dəhşətli əməl: 4 yaşlı oğluna xlor içirdib öldürdü
Ana 4 yaşlı oğlunu əvvəlcə kəmərlə döyüb, daha sonra isə xlor içirdərək öldürüb.
Publika.az xəbər verir ki, Rusiyanın Xabarovsk vilayətində yaşayan Olqa adlı qadın 4 yaşlı övladını amansızcasına qətlə yetirib.
Qonşuların sözlərinə görə, qadın uşağa zülm vermək məqsədilə onu paltar dolabının içərisində saxlayırmış. Uşağın saatlarla ağladığını deyən qonşular iddia edir ki, qadın onu zirzəmidə çimdirib daha sonra soyuq havada çılpaq vəziyyətdə çölə çıxardırmış.
Son aylarda daha da amansızlaşan ana uşağı kəmərlə döyüb, xlor içirtdikdən sonra, çaydanla baş nahiyyəsinə ağır zərbə endirərək qətlə yetirib.
Cinayəti gizlətmək məqsədilə uşağı nərdivanlardan aşağı yuvarladan qadın onun ölüm səbəbini gizlətməyə çalışıb.
Polis iddialara aydınlıq gətirmək məqsədilə cəsədi ekspertizaya göndərib. Nəticədə məlum olub ki, uşaq yıxılmaqdan ölməyib.
Cinayətkar ana ifadəsində bildirib ki, uşaq ölmək istəyirdi və "məni döy" deyə yalvarırdı:
"Oğlum mənə deyirdi ki, ana, məni döy. Mən də döyürdüm. O, bunu özü istəyirdi".
Qadın törtədiyi cinayətləri etiraf edib. Məhkəmənin qərarı ilə ona ömürlük həbs cəzası kəsilib.
Könül Cəfərli
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO































.jpg)

