Rusiya həmin gün qana boyanacaqdı – İŞİD-in HÜCUM PLANI
Bizi izləyin

Dünya

Rusiya həmin gün qana boyanacaqdı – İŞİD-in HÜCUM PLANI

Rusiyanın Nijni-Novqorod şəhərində İŞİD terror qruplaşmasının üzvü məhv edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Terrorçu yaxın xarici ölkələrindən birinin vətəndaşı olub. O, Rusiyada prezident seçkiləri günündə terror hücumunun həyata keçirlməsini hazırlayırdı. İŞİD üzvü tutulma zamanı təhlükəsizlik əməkdaşlarına silahlı müqavimət göstərib və o, nəticədə məhv edilib.

Axtarışlar nəticəsində partlayıcı gücü böyük olan əldəqayırma qurğu, onun istehsali üçün istifadə edilən komponentlər, bir neçə bomba, odlu silah və sursat aşkarlanıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm