NATO komandanı türk bayrağını endirmək istədi
Bizi izləyin

Dünya

NATO komandanı türk bayrağını endirmək istədi

Türkiyə ordusuna aid tankın Afrində vurulması nəticəsində şəhid olan Məhəmməd Cahangir Çubukçunun İzmirdə yerləşən ata evinə vətəndaşlar axın edib.

Axar.az xəbər verir ki, şəhidin evinin hər tərəfində, həmçinin evin qarşısında yerləşən NATO Qərargahının divarlarında türk bayraqları asılıb.

Məlumata görə, qərargahın divarlarına türk bayraqları asılmasına növbədə olan NATO komandanı etiraz edib. Komandan divarlardan bayraq asılmasının qadağan olduğunu bildirərək türk bayraqlarının endirilməsini tələb edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm