Qaçqınlara qarşı cinsi istismar: "Gecə qadınlar çölə çıxa bilmir" - BMT
Bizi izləyin

Dünya

Qaçqınlara qarşı cinsi istismar: "Gecə qadınlar çölə çıxa bilmir" - BMT

Qaçqınlar Yunanıstanda cinsi təzyiqlərə məruz qalıblar.

Publika.az xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə komissarlığı Yunanıstana müraciət edən miqrantların saxlanıldıqları düşərgələrdə cinsi istismara məruz qaldıqları haqqında məlumat yayımlayıb.

Təzyiqlərə məruz qalan miqrantlar bu barədə açıqlama verməyə çəkinsələr də, Komissarlıq yunan adalarında 622 qaçqının cinsi təzyiqlərlə üzləşdiyini təsdiqləyib. Bu isə daha çox miqrantın cinsi istismara məruz qala biləcəyi ehtimalını ortaya qoyub.

Qaçqınlar üzrə komissarlığının sözçüsü Sesile Poilli bildirib ki, sözügedən vəziyyət ilə bağlı Yunanıstanın xüsusilə Midilli adasındakı düşərgələrində qalan qaçqınların vəziyyəti gərgindir. Onun sözlərinə görə, mərkəzdə çoxlu miqrant məskunlaşıb və qaranlıq düşdükdən sonra qadınlar ayaqyolu və hamama getmirlər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm