Dünya
İŞİD dirçəlir, Türkiyəyə hücumlar başlanır – ABŞ-ın çirkin planının PƏRDƏARXASI
Türkiyənin Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ ABŞ səlahiyyətlilərinin İŞİD-lə müarizə mövzusundakı sözlərinin arxasındakı dəhşətli planı açıqlayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Bozdağın sözlərinə görə, İŞİD terror təşkilatı bölgənin siyasi hədəflərin həyata keçirilməsi üçün bir alətdir.
“Bundan indi də istifadə edirlər. İndi “diqqəti İŞİD-lə mübarizəyə ayıraq” deyirlər. İŞİD-lə kim mübarizə aparır? ABŞ tək döyüşmür? “Fərat Qalxanı” əməliyyatında Türkiyə Silahlı Qüvvələri 3 min İŞİD terrorçusunu məhv etdi. İŞİD-ə qarşı İraqda Başika bazasını quran Türkiyə Silahlı Qüvvələri minə yaxın İŞİD terrorçusunu məhv etdi. Bu günə qədər İŞİD terrorçularını ən çox zərərsizləşdirən məhz Türkiyədir”, - o bildirib.
Hökumət sözçüsünün sözlərinə görə, İŞİD bəhanəsiylə yeni bir oyun qurulur: “Bundan sonra biriləri İŞİD terrorçularını birləşdirərək “Baxın, Türkiyə Afrinə girdi. Diqqətləri İŞİD-lə mübarizəyə ayıraq, amma bunu etmədi. İŞİD yenidən Rakkaya doğru hərəkət edir” oyunu qarşımıza çıxa bilər. Amma bu oyunu çox dəqiq görürük. Bu bölgədə kim nə edir, nə etmək istəyir, hara getmək istəyir, hamısını yaxşı bilirik. İŞİD üzərindən Türkiyəyə qarşı yeni hücumlar başlana bilər. “Türkiyə Afrin bölgəsinə girdi. PYD-YPG terror təşkilatlarına qarşı mübarizəyə başladı. İŞİD yenidən dirçəldi” deyilməsi üçün yaxın günlərdə yeni ssenarilər ortaya çıxa bilər”.
O qeyd edib ki, bu cür oyunlarla heç kim Türkiyənin haqlı mübarizəsini haqsız hala gətirə bilməz.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi