Sabiq məmur 11 il iş aldı - KORRUPSİYA
Bizi izləyin

Dünya

Sabiq məmur 11 il iş aldı - KORRUPSİYA

Braziliyada Petrobrasın keçmiş rəhbəri korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Neft-qaz nəhəngi Petrobras-ın rəhbəri Aldemir Bendini korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

Onun Odebrecht tikinti şirkətindən 3 milyon real (907 min dollar) rüşvət aldığı deyilir.
Bundan əvvəl Bendiniyə 25 il iş istənilib.

Qeyd edək ki, Bendini 2015-ci ilin əvvəlində kompaniyanın baş direktoru təyin olunub. Bendinidən əvvəlki direktor da korrupsiyada ittiham edilərək vəzifəsindən azad edilib. Bendini özü isə 2016-cı ilin mayında işdən azad edilib və barəsində cinayət işi qaldırılıb. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm