Dünya
Davudoğlu: BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili qərar qəbul etməlidir
İkinci Dünya müharibəsindən bu yana ən böyük insan faciəsi Suriyada yaşanır.
Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Davosda
Dünya İqtisadi Forumu çərçivəsində "Suriyada humanitar böhran"
mövzusunda keçirilən sessiyada çıxışında bildirib.
Nazir BMT Təhlükəsizlik Şurasının Suriya problemi ilə bağlı təcili
qərar qəbul etməli olduğunu deyib.
Ə.Davudoğlu çıxışında Türkiyədə olan 700 min suriyalı qaçqına bu
günədək 2,5 milyard dollar vəsait sərf olunduğunu qeyd edib: "BMT
Təhlükəsizlik Şurasından tək bir qərar xahiş edirəm. Bu vaxta qədər
bir qərar belə yoxdur. Sadəcə bir açıqlama var. Şura təcili olaraq
humanitar yardım karvanlarının keçidi, yardımların çatdırılması və
digər məsələlərlə əlaqədar qərar qəbul etməlidir".
O bildirib ki, Suriyaya humanitar yardımların çatdırılmasına
müxalifət deyil, Əsəd rejimi mane olur: "Rejim bütün suriyalıları
qətlə yetirəcək". /Trend/
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək... -
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO