Dünya
“İsrailə qarşı müharibəyə biz imkan vermədik” – Klinton sirləri açdı
ABŞ-ın keçmiş dövlət katibi və 2016-cı il prezident seçkilərinin ən güclü namizədlərindən sayılan Hillari Klintonun “Hard Choices” (“Çətin seçkilər”) kitabı satışa çıxarılıb.
Publika.az-ın verdiyi xəbərə görə, 632 səhifəlik kitabda Türkiyə ilə bağlı maraqlı məqamlar yer alıb.
“Ərdoğan Türkiyə-ABŞ əlaqələrində açardır”
H.Klinton kitabın Türkiyə hissəsinə “Avropadakı heç bir əlaqəmiz bir ayağı Avropa, digər ayağı cənub-qərbi Asiyada yerləşən, əksəriyyəti müsəlman olan 70 milyonluq Türkiyə qədər maraq kəsb etmədi” sözləri ilə başlayıb. Sabiq dövlət katibi Türkiyənin on illərlə davam edən “Soyuq müharibə”də ABŞ-ın etibarlı bir müttəfiqi olduğunu qeyd edib. Klintona görə, türk ordusunun keçən onilliklər ərzində islamçı, solçu və ya çox zəif gördüyü hökumətləri devirməsi “Soyuq müharibə” üçün yaxşı bir şey olsa da, bu Türkiyənin demokratik inkişafını gecikdirib. O, Türkiyə-ABŞ əlaqələrinə ən çox ata Corc Buşun zərbə vurduğunu bildirib.
ABŞ dövlət katibi olaraq Avropaya ilk səfərində Türkiyəyə də getdiyini bildirən Klinton həm hökumət, həm də türk xalqına çatmağa çalışdığını yazıb.
Klinton Türkiyə-ABŞ əlaqələrinin gələcəyində açar olaraq baş nazir Rəcəb Tayyib Ərdoğanı göstərib. Keçmiş dövlət katibi Ərdoğanın “güclü, təsirli, dindar və təsirli bir siyasətçi” olduğu qənaətini bölüşüb. Baş nazir Ərdoğanın qızları barədə də yazan Klinton Ərdoğanın hicab geyinən qızlarından çox qürur duyduğunu, ABŞ-dakı ali təhsillə bağlı ondan da məsləhət aldığını bildirib.
“Mənim bu kitabı yazdığım vaxtlarda artan avtoritarlığına baxmayaraq, Türkiyənin daha mühafizəkar bölgələrində Ərdoğana dəstək əvvəlki kimi yüksək olaraq qalır. Türkiyənin gələcəyinin istiqaməti naməlumdur, amma görünən budur ki, Türkiyə həm Orta Şərq, həm də Avropada əhəmiyyətli rol oynamağa davam edəcək. Ölkələrimiz arasındakı əlaqələrin ABŞ baxımından həyati əhəmiyyəti də olduğu kimi qalacaq”, - deyə Klinton kitabında yazıb.
“İsrailə qarşı müharibəyə başlayacaqdı”
ABŞ-ın keçmiş dövlət katibi Türkiyə-İsrail əlaqələri və “Mavi Mərmərə” hadisəsinə də toxunub. Klinton İsrailin həmin dövrdəki müdafiə naziri Ehud Barak, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu və İsrail baş naziri Benyamin Netanyahu ilə müzakirələrin detallarını açıqlayıb. Onun sözlərinə görə, İsrailə qarşı müharibə elan etməməsi üçün Türkiyəni razı salmaq məcburiyyətində qalıb.
“Türkiyə əsəb pozucu ortaqdır”
Klinton dövlət katibi işlədiyi dörd illik dövrdə Türkiyənin əhəmiyyətli və zaman-zaman əsəb pozucu bir ortaq olduğunu bildirib. O, Türkiyə ilə Əfqanıstan, Suriya və terrorla mübarizə mövzularında yaxın əməkdaşlıq etdiyini, İranın nüvə proqramı məsələsinə isə fərqli yanaşdıqlarını xatırladıb. Həm özünün, həm də prezident Barak Obamanın iki ölkə arasındakı əlaqələrin inkişafı üçün zaman ayırdığını bildirən keçmiş dövlət katibi bununla belə İsraillə qarşı təzyiqin artması kimi bəzi xarici faktorların yeni çətinliklər yaratdığını ifadə edib. Klinton Türkiyənin daxilində baş verən proseslərin də əlaqələrə zərər verməkdə davam etdiyini iddia edib.
Ömər Dağlı
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım