Dünya
Özbəkistan türkdilli ölkələrdən niyə qaçır?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Özbəkistanın Türkdilli Dövlətlərin Zirvə toplantısına qatılmaması ilə bağlı maraqlı fakt açıqlayıb.
Q. Hüseynli Publika.az-a açıqlamasında deyib
ki, rəsmi Daşkənd 2005-ci ildə baş vermiş Əndincan qiyamında
Türkiyə və Azərbaycanın əlinin olmasından şübhələnirdi: “İlk əvvəl
Özbəkistan bu zirvə toplantılarına qatılırdı. İstanbul sammitində
mərhum Heydər Əliyev Dağlıq Qarabağ məsələsini gündəliyə salmaq
istəyəndə türkmənbaşı ilə İslam Kərimov buna etiraz etmişdilər.
İslam Kərimov dedi ki, onlar siyasi məsələlərin gündəliyə
salınmasının tərəfdarı deyillər, əsas prioritet iqtisadi məsələlər
olmalıdır. Daha sonra 2005-ci ildə Əndincan qiyamı baş verdi.
Kərimov hesab edirdi ki, bu qiyamı Türkiyə təşkil edib. Azərbaycan
isə qiyamın təşkilatçılarının Özbəkistana gəlməsinə, onların
təlimatlandırılmasına və maliyyələşməsinə yardım edib. Yəni
dolayısı ilə Azərbaycan Özbəkistandakı qiyama dəstək
verib”.
Q. Hüseynli qeyd edib ki, siyasi məsələlərin gündəliklərə
salınması və Əndincan qiyamı ilə bağlı məsələdən sonra rəsmi
Daşkənd türkdilli dövlətlərdən üz çevirdi.
“Lakin sonradan həmin qiyamın anatomiyası aydın oldu və Türkiyə ilə Azərbaycanın orda əlinin olmaması üzə çıxdı. Hesab edirəm ki, hazırda Rusiyadan ayrılmağa çalışan Özbəkistan Türkdilli dövlətlərlə münasibətlərə fərqli yanaşacaq”,– deyə sabiq dövlət müşaviri vurğulayıb.
Qeyd edək ki, 2005-ci ilin mayında Əndincan şəhərində keçirilən
mitinqlərdə silahlar işə düşdü. Qeyri-rəsmi məlumatlara görə, 200
nəfərə yaxın etirazçı öldürülüb.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR