Dünya
Sırrı Sakık geri addım atdı
Ağrı Bələdiyyə sədri seçilən Sırrı Sakık “Kazım Qarabəkir adını Ağrıdan siləcəyik” cümləsinə gələn sərt reaksiyalara görə geri addım atıb.
Publika.az xəbər verir ki, milliyətçə kürd olan, BDP-çi (Barış və Demokratiya Partiyası) Sırrı Sakık Ağrı Bələdiyyə sədri seçildiyi gün şok açıqlama vermişdi. Belə ki, yeni bələdiyyə sədri ilk icraatının Kazım Qarabəkir Paşanın adının bütün küçə və prospektlərdən siləcəyini demişdi.
Sərt reaksiyalar səbəbi ilə “Sabah” qəzetinə müsahibə verən Sakık əslində elə bir fikri olmadığını, sözlərinin təhrif olunduğunu qeyd edib:
Sözün düzü, bu cür səlahiyyətimiz varmı-yoxmu, bilmirəm
“Mən mitinq meydanında 1930-cu ildə düzəldilən hərbi abidənin götürülməsinin vacib olduğunu dedim. Eynən Mustafa Muğlalı kimi... Bundan sonra bir jurnalist “Mareşal Fevzi Çaxmaq və Kazım Qarabəkirin adları da küçələrə verilib. Onları da ləğv edəcəksinizmi?” sualına “militarizmi xatırladan hər şeyi xalqımızla məsləhətləşib həll edəcəyik” dedim. Sözün düzü, bu cür səlahiyyətimiz varmı-yoxmu, ona da bilmirəm”.
Vüsal Tağı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR