Kərkükdə ardıcıl üç güclü partlayış baş verib
Bizi izləyin

Dünya

Kərkükdə ardıcıl üç güclü partlayış baş verib

İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm