Ukrayna ordusunun zirehli texnika karvanına hücum: İtkilər var
Bizi izləyin

Dünya

Ukrayna ordusunun zirehli texnika karvanına hücum: İtkilər var

Terrorçular Luqansk vilayətində Ukrayna ordusunun zirehli texnika karvanına hücum edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Luqansk Xalq Respublikası”nın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, vilayətin Melovey qəsəbəsi ərazisində edilən hücum nəticəsində Ukrayna ordusunun 2 tankı məhv edilib. Digər tank və zirehli texnikanın qismən yandırıldığı deyilir.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko üç gün əvvəl ölkənin şərqinə səfəri çərçivəsində “sülh planı”nın son variantını təqdim edib. “Sülh planı” 15 bənddən ibarətdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm