Dünya
Kürd liderdən yardım kampaniyası
İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzaninin təlimatı ilə peşmərgə qüvvələrinə yardım kampaniyası başladılıb.
Publika.az xəbər verir ki, vətəndaşlar peşmərgələr (İraqın Kürd Regional Rəhbərliyinin polisi – red.) üçün banklarda açılan hesablara nəğd ianə edə biləcək. Xəbərə görə, ianələr peşmərgələrə və ailələrinə təslim ediləcək. Məsud Bərzani bütün vətəndaşların peşmərgələrə yardım etmələrini istəyib. Onun açıqlamasında peşmərgələrin İŞİD (İraq Şam İslam Dövləti) təhdidinə qarşı gecə-gündüz cəbhədə və postda bölgə torpaqları ilə bərabər xalqın can və mal təhlükəsizliyini qoruduğu bildirilib.
Xatırladaq ki, mərkəzi Bağdad hökuməti İraqın kürd regional rəhbərliyinin ümumi büdcədən aldığı payı kəsdiyi üçün peşmərgələr bir müddətdir ki, nizamlı maaş almırdılar.
Vüsal Tağı
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi