BMT statistika açıqladı: 17 gündə 1075 ölü
Bizi izləyin

Dünya

BMT statistika açıqladı: 17 gündə 1075 ölü

Birləşmiş Millətlər Təşkilatı (BMT) 17 gündə İraqda 1075 nəfərin həlak olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasının verdiyi açıqlamada İraqın Ninova, Diyala və Səlahəddin bölgələrində əsasən mülki şəxslər olmaqla 757 nəfərin həlak olduğu bildirilib. Eyni zamanda, 318 nəfərin də İraq və İraq ətrafında öldürüldüyü qeyd olunub. Baş verən ölüm hadisələrinin iyunun 5-dən 22-dək baş verdiyi açıqlanıb. Cəmi 17 gün ərzində İraqda 1075 nəfərin öldüyü məlum olub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm