Taksini qovan polis avtomobili belə aşdı – FOTOLAR
Bizi izləyin

Dünya

Taksini qovan polis avtomobili belə aşdı – FOTOLAR

Ötən gecə Türkiyənin ən böyük şəhəri olan İstanbulda polis avtomobili qəzaya uğrayıb.

Publika.az Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, şəhərin Qaziosmanpaşa polis bölməsinin əməkdaşları taksi fəaliyyəti ilə məşğul olan avtomobili saxlamağa çalışıb. “Dayan” əmrinə tabe olmayan taksi sürücüsü maşını yüksək sürətlə idarə etməyə başlayıb. Polislər həmin maşını təqib edərkən Fatih adlanan yerdəki yeraltı tuneldə idarə etdikləri xidməti avtomobil aşıb. Avtomobildə olan 2 polis xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Bildirilir ki, 34 TBH 76 nömrə nişanlı taksinin sürücüsü ərazidən uzaqlaşandan sonra maşını ataraq qaçıb.

Polis avtomobilinin tuneldə aşması ərazidə böyük tıxaca səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm