Dünya
Ukrayna niyə bu günə düşdü? – Putinin etirafı
“Rusiya Ukraynada qan tökülməsinin dayandırılmasını dəstəkləyir. Ukraynalılara sülh və dialoq lazımdır”.
Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin söyləyib.
O, Ukraynadakı hakimiyyət dəyişikliyini konstitusiya əleyhinə çevriliş adlandırıb. Putin qeyd edib ki, qarşısına Rusiya və Avropa arasında seçim etməklə bağlı tələbin qoyulması Ukrayna cəmiyyətini parçalanmaya itələyib.
“Qurbanlar isə hər şeydən əvvəl dinc vətəndaşları oldu. Ölkənin cənub-şərqində real humanitar faciə baş verir, on minlərlə qaçqın Rusiyada sığınacaq axtarmağa məcbur olub. Öz borcunu yerinə yetirən jurnalistlər təqib və məhv edilirlər”, - Rusiya prezidenti dilə gətirib.
V.Putin rəsmi Kiyevin separatçılarla danışıqlar masasına oturması tələbi yenidən səsləndirib. O qeyd edib ki, danışıqların aparılması üçün vacib şərt uzunmüddətli atəşkəs rejiminin tətbiq edilməsidir.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun 20 iyun tarixində elan etdiyi atəşkəs rejiminin müddəti bu gün başa çatır.
Ömər Dağlı
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO