Dünya
Lavrov Kerri danışığı baş tutdu
ABŞ xarici işlər naziri Con Kerri və Rusiya xarici işlər naziri
Sergey Lavrov Ukrayna Dövlət Başçısı Petra Poroşenkonun atəşkəs
müddətini uzatmama qərarını telefonla müzakirə ediblər. ANS
PRESS-in məlumatına görə, RF Xarici İşlər Nazirliyinin rəsmi
internet səhifəsində yayılan xəbərə əsasən "Lavrov, Poroşenkonun
atəşkəs müddətini uzatmama qərarı ilə Rus, Alman, Fransız və
Ukrayna görüşündə daha əvvəl edilən razılaşmaları pozduğunu və
eləcədə qərarın qan tökülməsinə səbəb olacağını vurğulayıb” deyə
bildirilib. Lavrov qeyd edib ki, “bu addım Ukrayna üçün heç
gözlənilməz nəticələr verə bilər".
Xəbərdə deyilir ki, Lavrov müşahidəçi ölkələrin ortaq bir şəkildə
çalışaraq qarşıdurmanın ən qısa zamanda sona çatması, problemlərin
həll edilməsi və Ukraynanın daxili böhranının da sona çatması
məqsədiylə tərəflərin danışıqlara başlaması üçün bütün güclərini
ortaya qoymalarının zəruriliyini vurğulayıb.
Telefon danışığında Lavrova cavab olaraq, ABŞ xarici işlər naziri
Con Kerri həmkarının fikirləri ilə razı olduğunu, lakin hədəfə
çatmaq üçün seçilən yolda bəzi fikir ayrılıqları yaşandığını
vurğulayıb.
Qeyd edək ki, dünən Ukrayna prezidenti Petra Poroşenko 10 günlük
atəşkəs müddətinin sona çatmasıyla, xüsusi əməliyyatlara davam etmə
əmri verib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR