İraq ordusu 86 İŞİD üzvünü məhv etdi
Bizi izləyin

Dünya

İraq ordusu 86 İŞİD üzvünü məhv etdi

İraqda bu gün aparılan hərbi əməliyyatlar zamanı 86 İŞİD üzvü öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi Babil, Səlahəddin və Diyala bölgəsində havadan və qurudan aparılan əməliyyatlar nəticəsində 86 İŞİD üzvünün öldürüldüyünü açıqlayıb.


Babildən 45 km şimal qərbdə İŞİD üzvlərinin bir meyvə bağında toplandığını təsbit edən İraq Hava Qüvvələrinə məxsus hərbi təyyarələr 60 terrorçunu məhv edib.

Bağdadın 60 km şimal şərqində yerləşən Diyala vilayətində hərbi birliklərin basqını zamanı 6 İŞİD üzvü öldürülüb. Səlahəddin bölgəsində isə ən azı İŞİD üzvü öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm