Azərbaycanlı mücahid Dağıstanda öldürüldü- Fotolar
Bizi izləyin

Dünya

Azərbaycanlı mücahid Dağıstanda öldürüldü- Fotolar

Rusiya hüquq-mühafizə orqanlarının Mahaçqalada keçirilən əməliyyat nəticəsində əslən azərbaycanlı olan 1990-cı il təvəllüdlü Rizvan Əliyev öldürülüb.

Publika.Az Rusiya mediasına istinadən xəbər verir ki, onun üzərində tapança və əl qumbarası tapılıb. Rizvan Əliyev federal axtarışda imiş.

Qeyd edək ki, R. Əliyev və bacısı Müslimat Əliyeva 2012-ci ildə Mahaçqalada törədilən terror aktında şübhəli bilinirdilər. Belə ki, 2012-ci ilin aprel ayında bacı və qardaş evdən gediblər. Həmin ilin may ayının 3-də Mahaçqalada törədilən terror aktının onlar tərəfindən həyata keçirildiyi xəbərləri yayılmışdı.

Çeçen mücahidlərinin saytında yayılan xəbərlərə görə, bacı və qardaş Dağıstan qruplaşmasının tərkibində döyüşüblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm