Komediya ustası səhnədə öldü
Bizi izləyin

Dünya

Komediya ustası səhnədə öldü

Hindistanlı komediya ustası Manjunat Naidu səhnədə şou zamanı yerə yıxılıb.

Publika.az xəbər verir ki, tamaşaçılar bunu şounun bir hissəsi hesab edərək gülüblər. Lakin onun bir müddət hərəkəkət etmədiyini görüb, vəziyyətin ciddi olduğunu anlayıblar. Hadisə yerinə gələn təcili yardım 36 yaşlı komediya ustasının ürək tutmasından vəfat etdiyini bildirib.

Naidunun ölüm xəbəri sevənlərini və həmkarlarını dərindən sarsıdıb. Onlar İnstaqram hesabında komediya ustasının vəfatından duyduqlarını kədəri dilə gətiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm