Talibanın “kölgə qubernatoru” məhv edildi
Bizi izləyin

Dünya

Talibanın “kölgə qubernatoru” məhv edildi

Əfqanıstan ordusunun hava hücumu nəticəsində Taliban terror təşkilatının 3 lideri məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava zərbələri Fərəh vilayətinin Hak Safid rayonu ərazisində bu gün yerli vaxtla saat 20:10-da həyata keçirilib.

Zərbələr nəticəsində Fərəh vilayətinin “kölgə qubernatoru” hesab olunan Molla Abdul Bari və Talibanın əyalətdə hərbi əməliyyatların keçirilməsinə cavabdeh iki lideri öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm