Bir gündə İKİ HÜCUM: general və mühafizəçisi həlak oldu
Bizi izləyin

Dünya

Bir gündə İKİ HÜCUM: general və mühafizəçisi həlak oldu

Əfqanıstanda partlayış baş verib.

Publika.az xəbər verir ki, ölkənin qərbindəki Fərəh vilayətinin Anar Dərə ilçəsidə yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 8 nəfər həlak olub.

Fərəh polis bölməsinin mətbuat katibi Muhibbullah Muhib jurnalsitlərə açıqlamasında bildirib ki, ölənlərdən 6-sı dinc sakin, 2-si təhlükəsizlik qüvvələri əməkdaşıdır. O, bombanın Taliban qruplaşması tərəfindən yerləşdirildiyini önə sürübbildirib. Taliban hələ ki, hadisə ilə bağlı açıqlama verməyib.

Bununla yanaşı, ölkənin şimal-şərqindəki Bədəxşan vilayətindəki futbol stadionunda təşkil edilən bombalı hücumda 2 nəfər ölüb. Ölənlərdən biri general Nazir Əhməd Niyazi, digəri isə onun mühafizəçisidir. Hadisə nəticəsində çox sayda insan yaralanıb.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm