Moskvadan Tiflis və Kiyevə sərt xəbərdarlıq
Bizi izləyin

Dünya

Moskvadan Tiflis və Kiyevə sərt xəbərdarlıq

Moskva Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında razılaşma imzalayan Ukrayna və Gürcüstana sərt xəbərdarlıq edib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Dmitri Medvedev razılaşmanın təsdiq olunacağı halda hər iki ölkə ilə ticarətdə müdafiə addımlarının atılacağını bildirib.

Xatırladaq ki, Ukrayna, Gürcüstan və Moldova 27 iyun tarixində Aİ ilə assosiasiya haqqında razılaşmanı imzalayıb. Moldova parlamenti bir neçə gün əvvəl razılaşmanı təsdiqləyib.

“Təbii ki, Gürcüstan və Ukrayna da Moldovanın getdiyi yolla addımlayarsa, Rusiya müdafiə addımları atacaq. Rusiya bu ölkələrlə ticari-iqtisadi münasibətlərə yenidən nəzər yetirməli olacaq”, - Rusiya baş naziri müavinləri ilə görüşdə deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm