Taliban ABŞ-a müharibə elan etdi: "Peşman olacaqlar"
Bizi izləyin

Dünya

Taliban ABŞ-a müharibə elan etdi: "Peşman olacaqlar"

Əfqanıstanın Taliban hərəkatı ABŞ-la müharibəyə and içib.

Publika.az xəbər verir ki, bu barədə Fransanın AFP xəbər agentliyini məlumat yayıb.

Xəbərə görə, Taliban ABŞ-la hər sahədə mübarizəyə aparmağa davam edəcək.

Talibanın mətbuat katibi Zabihullah Mucahid açıqlamasında “Əfqanıstandakı işğalı sona çatdırmağın iki yolu vardı: biri cihad və savaş, digəri isə görüş və müzakirə. Tramp görüşləri dayandırmaq istəyirsə, ilk yoldan gedəcəyik və onlar çox yaxında peşman olacaqlar” sözlərini deyib.

ABŞ prezidenti Donald Tramp ölkəsinin Taliban hərəkatı ilə apardığı sülh müzakirələri haqqında danışarkən “Müzakirələr öldü. Narahat olduğum qədərilə müzakirələr öldü” sözlərini deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm