Baş nazirdən 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı olayla bağlı AÇIQLAMA
Bizi izləyin

Dünya

Baş nazirdən 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı olayla bağlı AÇIQLAMA

Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxsin bıçaqlı hücumuna məruz qalan 2 nəfər ölüb.

Publika.az xəbər verir ki, 3 nəfər yaralıdır.

Polis hadisəni törədənin daha əvvəl terror iştirakçısı olan 28 yaşlı Osman Xan olduğunu açıqlayıb. O, polis tərəfindən odlu silahla vurularaq zərərsizləşdirilib.

Böyük Britaniyanın Baş naziri Boris Conson polisin hadisənin terror aktı olduğunu təsdiq etdiyini bildirib.

***

2019.11.29

19:46

Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Polis hücum edən şəxsi saxlayıb. Hazırda hücumun motivləri araşdırılır.

Ərazi polis tərəfindən nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm