Dünya
Quru əməliyyatı üçün ordu əmr gözləyir
İsrailin Qəzza sərhədinə topladığı hərbi birliklər quru əməliyyatına başlamaq üçün əmr gözləyir.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Anadolu” agentliyi yazıb.
İsrailin hərbi təyyarələri üç gündür ki, Qəzzaya hava zərbələri endirir. Ölənlərin sayı 81-ə çatıb. İsrailin hava hücumlarını davam etdirdiyi bir vaxtda quru əməliyyatına hazırlıq işlərini tamamlandığı bildirilir.
İsrail ordusunun sözçüsü “Anadolu” xəbər agentliyinə açıqlamasında “piyada birliklər və zirehli texnika Qəzzaya quru əməliyyatı təşkil etmək üçün sərhəddə hazır dayanaraq veriləcək əmri gözləyir” deyib.
Onun sözlərinə görə, plan hökumət tərəfindən də qəbul edilib: “Quru əməliyyatı qarşıdakı iki gündə, ya da uyğun hesab edilən ən qısa zamanda başlaya bilər”.
İsrail ordusunun sözçüsü İsrail hökumətinin ehtiyatda olan 40 min hərbçinin orduya çağırılması üçün yaşıl işıq yandırdığını bildirib: “Həmas”ın uzun mənzilli raketlərlə İsrail şəhərlərini vurması quru əməliyyatı qaçınılmaz edir. Ancaq bu müdaxilə işğal deyil”.
İsrail baş naziri Benyamin Netanyahu da dünənki açıqlamasında ordunun hər variant üçün hazır gözlədiyini söyləmişdi.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR