Çində dəhşətli xəstəlik yayılır
Bizi izləyin

Dünya

Çində dəhşətli xəstəlik yayılır

Dünya Səhiyyə Təşkilatı Çində sürətlə artan naməlum xəstəliyin gedişatını izləyir və dövlət rəhbərliyi ilə tədbirlər planı barədə danışıqlar aparır.

Publika.az xəbər verir ki, yeni xəstəlik əlamətlərinə görə pnevmoniyaya bənzəyir. Rəsmi rəqəmlərə görə, 46 nəfər bu xəstəliyə yoluxub. Yuxan şəhərində ilk dəfə aşkarlanan xəstəliyin hansı patogen tərəfindən törədildiyi məlum deyil. Virus pnevmoniyasının potensial səbəbləri çoxdur, onlardan bəziləri hələ geniş öyrənilməyib. Yuxan şəhərində ilkin yoluxmanın təzə dəniz məhsulları bazarında baş verdiyini nəzərə alaraq, bazarı bağlayıblar.

Xəstələr nəfəsalmada çətinlik, qızdırma və titrətmədən əziyyət çəkir. Döş qəfəsinin rentgeni göstərir ki, virus ağciyərlərin ayrı-ayrı hissələrini kəskin zədələyir. Tibb mütəxəssisləri bu yeni xəstəliyin atipik pnevmoniyanın yeni növü olmasını inkar edir və ağır pnevmoniyanın yeni forması olmasını bildirir. Əgər belə olarsa, xəstəliyin müalicəsi çətinləşir və ölənlərin sayı arta bilər.

Belə ki, 2003-cü ildə pnevmoniyanın SARS növünün alovlanması nəticəsində 774 nəfər ölmüşdü.

ÜST Çinə səfər edənlərin ehtiyatlı olmasını məsləhət görür. Çin sərhədlərində sanitar-karantin nəzarəti gücləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm