Dünya
İŞİD ABŞ və Kanadadan döyüşçü yığır
Yaxın Şərqdə insanları müxtəlif yollarla öz dəstəsinə
qatan terror təşkilatı İŞİD Qərbdə də döyüşçülər
axtarır.
ANS PRESS-in məlumatına görə, təşkilatın təbliğat maşını
adlandırılan "əl-Həyat Media Center" adlı qurumun hazırladığı
videolarla, Kanada və ABŞ-dan olan insanlara çağırış edilir.
Kanadanın Ontario əyalətinin Timmins şəhərində yaşayan bir gənci öz
dəstəsinə qatan terror təşkilatı yeni videolar hazırlayaraq
təbliğata başlayıb. Müsəlman olduqdan sonra "Abu Muslim" adını alan
kanadalı Andre Poulini İŞİD-in reklam çarxlarında nümunəvi döyüşçü
kimi göstərilir. Sosial şəbəkələrdə yerləşdirilən videoda Poulinin
2013-cü ildə Dəməşqdə öldürülməsinə kimi olan həyat hekayəsi izah
edilir. Kanadalı gəncin həyatı digər namizədlər üçün nümanə kimi
göstərilir. Kanadanı "dar-ül küfr" adlandıran İŞİD bu ölkədə Allaha
üsyan edildiyini iddia edir. Kanadalıları sıralarına çağıran terror
təşkilatı onlara vədlər də verir.
Kanada Təhlükəsizlik Xidməti məsələ ilə bağlı bir neçə gün öncə
açıqlama verib. Bildirlirib ki, hazırda 130-dan çox Kanada
vətəndaşı dünyadakı terror təşkilatlarına qatılıb.
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO