Sabiq səfir özünü öldürdü
Bizi izləyin

Dünya

Sabiq səfir özünü öldürdü

Gürcüstanın Rusiyadakı keçmiş səfiri, Erosi Kitsmarişvili bu gün Tiflisdə ölü vəziyyətdə aşkarlanıb.

ANS TV-nin Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Erosinin cəsədi onun şəxsi avtomobilində tapılıb.

Maşının içindən həm də tapanca aşkar edilib. Ehtimal olunur ki, keçmiş səfir odlu silahla intihar edib. Erosi Kitsmariaşvili bundan əvvəl son bələdiyyə seçkilərində Rustavinin meri vəzifəsinə namizədliyini irəli sürmüşdü.

Gürcü mətbuatının verdiyi məlumata görə, Kitsmariaşvili “Maestro” teleşirkəti ətrafında baş vermiş qalmaqalın əsas fiqurlarından biri olub.

2008-ci ilin fevral ayında o, Gürcüstanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunub. 2008-ci ilin iyulunda isə ölkəsinə geri çağırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm