Dünya
Kəşfiyyat təyyarələri havaya qalxdı - ABŞ təşvişdədir
ABŞ Hərbi Hava Qüvvələrinə aid kəşfiyyat təyyarəsi Koreya yarımadasının hava məkanında görülüb.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.
"Aircraft Spots" hava nəqliyyat vasitələrini izləmə saytına istinadən verilən xəbərə görə, "RC-135W Rivet Joint" model elektron kəşfiyyat təyyarəsi Cənubi Koreyanın şimal-şərqindəki Qiongqi bölgəsi üzərində uçuşlar həyata keçirib.
Qeyd edək ki, ABŞ Şimali Koreya ilə nüvə görüşlərinin dayandırılmasından sonra rəsmi Pxenyanın yeni silah sınaqları və bənzər təxribatlarından narahatdır. Buna görə də ötən ilin son aylarından etibarən bölgədə kəşfiyyat uçuşlarını intensivləşdirib.
"Aircraft Spots" ötən il dekabr ayı boyunca "Boeing" firmasının istehsalı olan "RC-135W" elektron kəşfiyyat təyyarələri ilə yanaşı, "Northrop Grumman" şirkətinin istehsalı olan "E-8 Joint STARS" model birgə izləmə və radar sistemi təyyarələrinin Koreya yarımadası üzərində uçduğunu təsbit etmişdi.
Zümrüd
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı






























