Dünya
71 yaşlı kişi 9 yaşlı qızı zorladı (VİDEO)
Ötən gün axşam saatlarında Türkiyədə iyrənc cinayət baş verib. ANS PRESS-in məlumatına görə, saat 21:30-da Atatürk meydanı yaxınlığında 9 yaşında qız yaşlı şəxs tərəfindən zorlanıb.
Belə ki, iftardan sonra şəhərə gəzməyə çıxan ailənin azyaşlı qızı
valideynlərinin yanından kənarda oynayır. Bu zaman onun yanına
yaşlı bir kişi yaxınlaşıb və qıza dondurma alacağını deyib. Kişi
qızın başını aldadaraq kolluğa aparıb. Orada qıza təcavüz edib.
Qızın qışqırtısına ətrafda olan insanlar gəlib. Onlar kişinin
iyrənc hərəkətindən qəzəblənərək ona hücum ediblər. Qəzəbli
kütlənin əlindən qurtarmaq üçün yaşlı adam cibindən bıçaq çıxarıb.
O, bir neçə nəfərə yüngül xəsarət yetirərək hadisə yerindən
qaçıb.
Dərhal polisə xəbər verilib. Hadisədən iki saat sonra şübhəli şəxs
evinin girəcəyində tutulub. Saxlanılan şəxsin 71 yaşında İ.M.
olduğu məlum olub. O, ilk öncə ittihamları qəbul etməyib.
Lakin hadisə şahidləri və təcavüz olunan I sinif şagirdinin
ifadələri kişinin günahkar olduğunu göstərib. Sonradan yaşlı adam
günahını qəbul edib. O saxlanılıb.
Hücuma məruz qalan uşaq isə psixoloji sarsıntı keçirib. Ona
psixoloji yardım göstəriləcək.
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı





























